Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsindəki törədilən terror aktı ilə bağlı Əsəd rejimi rəsmi açıqlama verib. Modern.az türk KİV-lərnə istinadən xəbər verir, rəsmi Dəməşq Türkiyədə baş verən terror aktının onlar tərəfindən törədilməsi ilə bağlı ittihamları rədd edib.
Qeyd edək ki, rəsmi Ankara Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktının Suriyadakı rejimə bağlı “El Muhaberat” qruplaşması tərəfindən törədildiyini açıqlayıb.
Modern.az