Modern.az

Deputatlar arasında qan düşdü

Deputatlar arasında qan düşdü

Təhsil

12 May 2013, 17:02

Gürcüstan prezidenti Mixail Saakaşvilinin başçısılıq etdiyi “Vahid Milli Birlik” Partiyasının üzvü olan bir sıra millət vəkilləri Tiflis restoranlarının birində dava salıblar. Bu bədərə ANS PRESS-in xarici mətbuata istinadən xəbər verir.

Prezident Mixail Saakaşvili, Milli Birlik Hərəkatının baş katibi Vano Merabişvili, parlamentlə azlıq təşkil edən partiyanın millət vəkilləri və həmçinin iqtidar partiyasının bir sıra deputatları Tiflisin “La Truffe” restoranında yemək yeməyə gəliblər. Bu faktı şahidlər də təsdiqləyirlər.

Saakaşvili restoranı tərk etdikdən sonra, restoranda olan bir neçə içkili müştəri o vaxtkı hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirməyə başlayıblar. Bundan sonra dava düşüb, dava edənlər bir-birilərinə kül qabı, gül vazaları və boşqab atıblar. Restoranın döşəməsi boşqab qırıqları ilə dolu olub. Sonda patrul polisinin əməkdaşları gəlib və dava salanları zaldan çıxararaq aparıb.

Məlumata görə, dava nəticəsində deputat David Sakvarelidze əlindən bıçaq yarası və sifətindən xəsarətlər alıb. Deputat Georgi Vaşadze başından zədələnib, Zaza Qoroziyanın isə əli gipsə salınıb.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama