Modern.az

Sərnişin avtobusu dərəyə aşdı - FOTO

Sərnişin avtobusu dərəyə aşdı - FOTO

22 Dekabr 2022, 13:23

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslardan birinin aşması ilə bağlı məlumat daxil olub. 

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

 

E.Qasımov bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək avtobusda olan sərnişinlərin çıxarılmasında və digər zəruri araşdırmalar aparılmasında iştirak ediblər:

 

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır”.

 

 

*****

13:23

 

Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb.

 

Modern.az-ın məlumatına görə, 23 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. 

 

Hadisənin səbəbləri məlum deyil. 

 

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama