Ermənistanda bank ofisini partlatmaqla hədələyən şəxs saxlanılıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, kimliyi açıqlanmayan şübhəli şəxs məhkəmə qarşısına çıxarılacaq.
Məlumata görə, şəxs bank xidmətlərindən narazı qalıb. Belə ki, o, dekabrın əvvəlində həyat yoldaşına 12 min rubla yaxın pul köçürmək istəyib, amma bunu edə bilməyib.
Daha sonra polisə zəng edən şəxs banka qumbara atacağını bildirib. O, terror aktı haqqında yalan məlumat vermək ittihamı ilə mühakimə olunacaq.