Modern.az

Putin Cinpinə göndərdiyi məktubda nə yazıb? - AÇIQLAMA

Putin Cinpinə göndərdiyi məktubda nə yazıb? - AÇIQLAMA

22 Dekabr 2022, 14:50

Rusiya prezidenti Vladimir Putinin Çin sədri Si Cinpinə göndərdiyi mesaj Rusiya ilə Çin arasındakı strateji tərəfdaşlığa, eləcə də beynəlxalq vəziyyətə aiddir.

Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov məktubda beynəlxalq münasibətlərin hansı aspektlərinin müzakirə edildiyini açıqlamayıb:

“Bu, həmçinin inkişaf etmiş əlaqələrə, Rusiya və Çin arasındakı münasibətlərə, strateji tərəfdaşlığa aiddir”.

Dekabrın 21-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Çinə səfər edib və Pekində dövlət iqamətgahında Si Cinpinlə görüşüb.

O, Çin Kommunist Partiyasının dəvəti ilə bu ölkəyə səfər edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər