Modern.az

Eyni vaxtda 12 məktəbdə bomba həyəcanı - Cinayət işi açıldı

Eyni vaxtda 12 məktəbdə bomba həyəcanı - Cinayət işi açıldı

Dünya

22 Dekabr 2022, 15:02

Qazaxıstanda bir neçə məktəbə bomba qoyulması ilə bağlı məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı "Kazinform" yayıb.

 

Belə ki, ölkənin Karaqanda şəhərində eyni vaxtda 12 məktəbin elektron poç ünvanına məktəbin ərazisində bomba olması barədə məktub göndərilib.

 

Bildirilib ki, 12 məktəbin hər birinin ərazisinə aidiyyatı orqanların nümayəndələri tərəfindən operativ baxış keçirilib. Şagirdlərin və pedaqoji heyətin təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər görülüb.

 

Lakin məktəblərin heç birində bomba aşkar olunmayıb. Faktla bağlı terror hazırlığı barədə yalan məlumat vermə maddəsi ilə cinayət işi qaldırıldığı, araşdırmaların aparıldığı qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər