Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinə aydınlıq gətirib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir bu barədə isveçli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
"Biz Türkiyə olaraq İsveç və Finlandiyanın qayğılarını başa düşürük. NATO-nun "açıq qapı" siyasətini də dəstəkləyirik. Lakin hələ də terrorçuların Türkiyəyə qaytarılması baş verməyib", - Çavuşoğlu söyləyib.
XİN başçısı bununla belə, İsveç və Finlandiyanın bu yöndə atdığı bir sıra addımları dəstəklədiklərini bildirib.