Modern.az

Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi bu şirkətdən GƏTİRİLDİ

Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi bu şirkətdən GƏTİRİLDİ

İqtisadiyyat

22 Dekabr 2022, 16:44

Prezident İlham Əliyev bu gün özünün Naxçıvan Muxtar Respublikasındakı  səlahiyyətli nümayəndəsinin təyin edilməsinə dair sərəncam imzalayıb.
 

Ölkə başçısının sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.


Modern.az saytı Fuad Nəcəflinin kimliyini araşdırarkən məlum olub ki, onun barəsində olduqca məhdud informasiya mövcuddur.

Yalnız onu dəqiqləşdirə bildik ki, F.Nəcəfli bu təyinatadək Sumqayıt Texnologiyalar Parkının nəzdində yaradılan MMC-lərdən birində yüksək vəzifədə çalışıb.

Belə ki, o, Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən Metaləritmə Zavodunun əsasında yaradılmış “STP AH” MMC-nin Müşahidə Şurasının üzvü olub.

Fuad Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir. O, 1975-ci ildə anadan olub. Fuad Nəcəfli Türkiyədə ali təhsil alıb, nüfuzlu Orta Doğu Texnik Universitetinin (ÖDTÜ) məzunudur. Ali təhsilini ingilis dilində alıb.

A.Qorxmaz

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi