Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç Krallığının XİN başçısı Tobias Billströmlə görüşüb.
Modern.az xəbər verir ki, Çavuşoğlu bu barədə tviter səhifəsində yazıb.
"İsveçin xarici işlər naziri Tobias Billströmü qarşıladıq. İsveçin öhdəliklərini yerinə yetirməsini və terrorla mübarizədə konkret addımlar atmasını gözləyirik. İsveçin NATO üzvlüyü üçün Türk xalqını və Uca Məclisimizi razı salmaq lazımdır", - deyə nazir bildirib.
Qeyd edək ki, tərəflər arasında görüş İsveç XİN başçısının Türkiyəyə səfəri çərçivəsində baş tutub.