Modern.az

Muz Tv internet televiziyası 1 yaşını qeyd etdi - FOTOLAR

Muz Tv internet televiziyası 1 yaşını qeyd etdi - FOTOLAR

Reportaj

13 May 2013, 10:56

Mayın 11-də Muz Tv internet televiziyasının 1 yaşı təmtəraqlı şəkildə qeyd olunub. Modern.az-ın məlumatına görə, gecədə bir çox məşhur simalar iştirak edib. Tədbiri əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu” öz möhtəşəm ifası ilə açıb, daha sonra Muz Tv-nin 1 illik tarixini əks etdirən film nümayiş olunub.

Tədbirin əvvəlində şoumen Murad Dadaşov gələn qonaqları salamlayaraq aparıcılıq missiyasını yerinə yetirməsi üçün aktyor Elnur Kərimovu səhnəyə dəvət edib. Daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək Muz Tv-nin musiqi tarixində böyük rol oynayacağını deyib. Ard-arda sevilən mahnılarını səsləndirən ulduzlar gecəyə xüsusi rəng qatıblar. Qonaqlar arasında xalq artistləri Yalçın Rzazadə, Mənsum İbrahimov, Səməd Səmədov, Faiq Ağayev, əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, Səlim Abbasov, Mətanət İsgəndərli, müğənnilər Elnarə Xəlilova, Zamiq Hüseynov, Elçin Hüseynov, bəstəkarlar Faiq Sücəddinov, Aygün Səmədzadə və digər tanınmışlar yer alıb.

Qeyd edək ki, Muz Tv  www.muztv.az saytı vasitəsilə yayımlanır. İlk olaraq yalnız 3 verilişlə yayıma başlayan Muz Tv-də artıq 30-a yaxın veriliş tamaşaçıların ixtiyarına verilib.










Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi