Bakı şəhəri Moskva prospektində yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar ərazidən keçən magistral su xəttinin yeri dəyişdirilir. Hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar 13 may 2013-cü il tarixdə gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcək. Bu barədə məlumat verən “Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.
Modern.az