Modern.az

Saakaşviliyə görə aclıq edən deputatın səhhəti PİSLƏŞDİ

Saakaşviliyə görə aclıq edən deputatın səhhəti PİSLƏŞDİ

Dünya

23 Dekabr 2022, 11:46

Gürcüstan parlamentinin deputatı, müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü David Kirkitadze xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Bildirilib ki, sabiq prezident Mixail Saakaşviliyə dəstək məqsədilə aclıq aksiyasına qoşulan deputatın aclığının səkkizinci günündə səhhəti pisləşib. O, xəstəxanaya yerləşdirilib.

 

Müxalif parlamentarinin aclıq aksiyasını dayandırıb-dayandırmadığı barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Gürcüstan qanunverici orqanının müxalifəti təmsil edən bir sıra nümayəndələri də aclıq aksiyası keçirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər