Modern.az

Tatarıstanda prezident vəzifəsinin adı dəyişdi - Rəis adlanacaq

Tatarıstanda prezident vəzifəsinin adı dəyişdi - Rəis adlanacaq

23 Dekabr 2022, 11:42

Tatarıstan prezidenti postunun adı dəyişdirilib.

Modern.az xəbər verir ki, bu barədə cümə günü, dekabrın 23-də "Vedomosti" məlumat yayıb.
 

Dövlət Şurasının iclasında Rəyasət Heyəti respublika rəhbərinin vəzifəsinin adının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib. Bundan sonra Tararıstan rəhbəri rəis adlanacaq.


Parlament aydınlaşdırıb ki, rəis ərəb və bir sıra digər şərq dillərində prezident titulunun adıdır.
 

Rusiya Federasiyası Tatarıstan Respublikasının hazırkı rəhbəri Rüstəm Minnixanovdur.

Bundan sonra onu belə təqdim edəcəklər - Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər