Modern.az

Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə SAXLADI

Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə SAXLADI

23 Dekabr 2022, 11:48

Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması illə bağlı qərardan verilmiş şikayətə baxılıb.

 

Modern.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

 

Məhkəmə şikayəti əsassız hesab edərək təmin etməyib.

 

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

 

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama