“Bu zalda indiyə qədər hansısa deputatın sözü kəsilməyib”.
Modern.az xəbər verir ki, bunu parlamentin dekabrın 23-də keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
“Burada kim yazılırsa, həmişə söz vermişəm. Müzakirələr kəsilibsə, bu, hamının razılığı ilə olub. Mən hamıya söz verirəm, xahiş edirəm, bunu nəzərə alın”,- spiker deputatlara səslənib.
Deputat Erkin Qədirli bildirib ki, çıxışa yazılanda səsə qoyulmaq tələb edilir: "Bu, birinci dəfə deyil ki, mən çıxışa yazılanda səsə qoyulmaq tələbi qoyulur. Bu, yalnız mənə görə olmur, başqa hallarda da olur. Ona görə də bəzən bizim çıxış etmək imkanımız olmur".
Deputat Hikmət Babaoğlu isə deyib: "Burada bəzi deputatlar özü çıxış edir və sonra deyir ki, məsələ səsə qoyulsun. Burada hamının danışmaq hüququ var”.