Modern.az

Səlim Müslümov 7 rayonda sakinlərlə görüşəcək

Səlim Müslümov 7 rayonda sakinlərlə görüşəcək

Təhsil

13 May 2013, 12:58

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov  15 may 2013-cü il tarixdə, saat 11.00-da DSMF-nin Sabirabad rayon şöbəsinin inzibati binasında Şirvan şəhər, Saatlı, Salyan, Cəbrayıl, Hacıqabul, Neftçala və  Sabirabad rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. 

DSMF-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbulda iştirak etmək üçün vətəndaşlar Salyan, Neftçala və Cəbrayıl  rayonlarından  mayın 15-də saat 08.30-da, Şirvan şəhərindən, Hacıqabul və Saatlı rayonlarından  isə saat 09.00-da Fondun həmin şəhər və rayon şöbələrinin qarşısından onlar üçün xüsusi ayrılmış nəqliyyatla Sabirabada aparılıb gətiriləcəklər. Qəbula yazılmaq və əlavə məlumat almaq üçün  “info @ sspf.gov.az ” elektron poçt ünvanı, 190 saylı “Qaynar xətt”, habelə Fondun Aparatında (012)434-12-34,  (050)230-33-40 nömrəli telefonları, Fondun Sabirabad rayon şöbəsində isə 021-235-50-57 və  (050)333-91-31 nömrəli telefonları vasitəsilə əlaqə saxlamaq olar.

Modern.az                               

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama