Modern.az

İran Xarici İşlər Nazirliyinin yeni sözçüsü təyin olunub

İran Xarici İşlər Nazirliyinin yeni sözçüsü təyin olunub

Təhsil

13 May 2013, 13:09

İran Xarici İşlər Nazirliyinin sözçüsü dəyişdirilib. Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin yeni sözçüsü olaraq Asiya və Okeaniya işləri üzrə nazir köməkçisi Abbas Araqçı təyin olunub. Nazirliyin bu qərarı əvvəlki sözçü Ramin Mehmanpərəstin vəzifəsindən istefa verib prezidentliyə namizəd olmasından sonra qəbul edilib. Xarici işlər naziri Əli Əkbər Salehi R.Mehmanpərəstin istefasını qəbul edib və ona xidmətlərinə görə təşəkkürünü bildirib.
Abbas Araqçı xarici işlər nazirinin köməkçisi vəzifəsində də qalacaq.

Peykər İbrahimova   
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama