Modern.az

Kəlbəcərdə 2 yük maşını toqquşdu - FOTO

Kəlbəcərdə 2 yük maşını toqquşdu - FOTO

Hadisə

23 Dekabr 2022, 16:38

Dekabr ayının 23-də Kəlbəcər rayon Almalıq kəndi ərazisində 2 yük avtomobili toqquşub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

 

E.Qasımov qeyd edib ki, toqquşma nəticədə sürücülərdən 1-i Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb:

 

"Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Faktla bağlı araşdırmalar davam etdirilir".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu