Modern.az

Əli Həsənov Milli Demokratiya İnstitutu ilə razılaşdırılan şərtlərdən danışdı

Əli Həsənov Milli Demokratiya İnstitutu ilə razılaşdırılan şərtlərdən danışdı

Təhsil

13 May 2013, 14:11


“ABŞ-ın Milli Demokratiya İnstitutu ilə keçirdiyimiz görüşlərdə müəyyən şərtlər razılaşdırılıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.

Ə. Həsənov deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı müvafiq qanunvericiliyin tələblərini onların diqqətinə çatdırılıb: “Azərbaycanda QHT-lər haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq, ABŞ-ın adıçəkilən qeyri-hökumət təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanda fəaliyyət göstərə bilərlər”.

Ə. Həsənov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərmək üçün yerli və beynəlxalq qurumların ilk növbədə Azərbaycan qanunlarının tələblərinə cavab verməlidir.

Əli Həsənov İranda saxlanan azərbaycanlı alim Xalidə Xalidin Azərbaycana qaytarılması ilə bağlı zəruri işlər görüldüyünü də deyib. Ə. Həsənov bildirib ki, dövlətin müvafiq qurumları İranda saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin azadlığa buraxılması ilə bağlı fəaliyyətini davam etdirir:
“Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə öz münasibətini açıqlayıb və bu işlə də məşğuldur. Mənim buna münasibət bildirməyimin isə prosesə heç bir təsiri olmayacaq”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama