Mayın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 14-də şimşək caxacağı, qısamüddətli yağış yağacağı, gndüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü, eyni zamanda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Modern.az