Modern.az

Mətbuat Şurası Elçin Əhmədovu təltif edib

Mətbuat Şurası Elçin Əhmədovu təltif edib

24 Dekabr 2022, 14:25

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədovla görüşüb.

 

Modern.az-ın məlumatına görə, qonağı salamlayan MŞ sədri bildirib ki, E.Əhmədovun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətini, xüsusən, Şuşa şəhərinin Azərbaycan tarixindəki rolu barədə tədqiqat əsərlərini, çoxsaylı fundamental əhəmiyyət daşıyan məqalələrini yalnız elmi çevrələr deyil, bütövlükdə ictimaiyyət yüksək qiymətləndirilməkdədir.

 

Şura sədri bu fəaliyyətin nəinki ölkə mediası tərəfindən maraqla izlənildiyini, habelə, xarici kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olduğunu vurğulayıb. O, eyni zamanda bildirib ki, E.Əhmədovun elmi yaradıcılığı jurnalistlərimiz üçün xalqımızın mənəviyyat dünyası olan Şuşa şəhəri ilə bağlı mühüm istinad mənbəyidir. R.Məcid alimin “Şuşa ili”ndə gördüyü işlərin vacibliyinə toxunub, onun media ilə sıx təmaslarının faydalılığını əsaslandırıb.

 

MŞ sədri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi irsinin təbliğində, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərinə, çoxsaylı araşdırma yazılarına görə E.Əhmədovun rəhbərlik etdiyi qurum tərəfindən təltif edildiyini diqqətə çatdırıb. O, Şuranın diplomunu professora təqdim edib.

 

Professor E.Əhmədov yaradıcılığına verilən yüksək dəyərə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mədəni irsinə dair faktların mediada işıqlandırılmasının xüsusiyyətlərinə dair geniş fikir mübadiləsi də aparılıb. E.Əhmədov mövcud istiqamətdəki təcrübəsindən söz açıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir