Modern.az

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır

İqtisadiyyat

24 Dekabr 2022, 14:51

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

 

“Azərbaycan və Özbəkistanın dövlət başçıları arasında razılaşmanın nəticəsi olaraq İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi arasında imzalanan Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək”, - deyə nazir qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi