Modern.az

Bakıda Şaxta baba olmağın da rüsumü ARTIB

Bakıda Şaxta baba olmağın da rüsumü ARTIB

Ölkə

24 Dekabr 2022, 15:36

Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyünün sifariş qiyməti  90 manatdır.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən bildirilib.

 

Rəsmi məluata görə, bu günə qədər müəyyən olunmuş yerlərdə - küçə və parklarda Şaxta baba, Qar qız olmaq üçün müraciət edənlər yoxdur.

 

“Bu, müəyyən edilmiş yerlərə aiddir. Yəni kimsə Şaxta baba kimi evə gedirsə, bunun bizə aidiyyatı yoxdur”.

şaxta 

Qeyd edək ki, ötən il Şaxta baba və Qar qız cütlüyünün sifariş qiyməti 60 manat idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama