Modern.az

Rəsmi Bakı sülhməramlılardan separatçıların təhvil verilməsini İSTƏMƏLİDİR!

Rəsmi Bakı sülhməramlılardan separatçıların təhvil verilməsini İSTƏMƏLİDİR!

24 Dekabr 2022, 15:50

Azərbaycan dövləti Laçın yolunda yaranmış hazırkı situasiyadan istifadə edib müvafiq addımlar atmalıdır.

Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Nazim Cəfərsoy Qarabağ separatçılarının Laçın yolunun bağlanmasından sonra aqressivləşməsinə münasibət bildirərkən deyib.
 

Onun fikirncə bu mərhələdə aşağıdakıları edilməlidir:
 

“1. Rəsmi şəkildə Rusiya sülhməramlılarına Qarabağda qanunsuz silahlı erməni dəstələrində olan şəxslərin konkret siyahısı verməli, hamısının ya ölkədən çıxarılmasını, ya da Azərbaycana təhvil verilməsini istəməliyik.
 

2. Rəsmi şəkildə Rusiya sülhməramlılarına Qarabağda özünü qondarma rejimin "rəsmi nümayəndələri" olaraq təqdim edən şəxslərin siyahısı verilməli, onların cinayətkar olduğu bildirilməli və hamısının Azərbaycana verilməsini tələb etməliyik”.

Ekspertin sözlərinə görə, təbii ki, Rusiya sülhməramlıları bu tələblərə müsbət cavab verməyəcəklər:


“Ancaq bu tələblərin ciddi siyasi, hüquqi, təhlükəsizlik və psixoloji təsirləri olacaq.

Yenə bu proses çərçivəsində Azərbaycan aşağıdakıları da elan etməlidir:


- 10 noyabr bəyannaməsi ilə bölgədə müvəqqəti missiya yerinə yetirən Rusiya sülhməramlıları xaric, silahlı qanunsuz erməni qrupları qalmamalıdır. Qeyd edilməlidir ki, bu bəyanata zidd olaraq artıq iki ildir Qarabağda mövcud olan hərbi xarakterli maneələr, onları gücləndirən hər kəs və silah gəzdirənlər legitim hədəf kimi qiymətləndiriləcək!!!
 

- Özünü Qarabağda qondarma rejiminin rəsmi nümayəndəsi kimi təqdim edən hər bir şəxs legitim hədəf kimi qiymətləndiriləcək!
 

Ondan sonra isə Azərbaycan daha əvvəl uğurla etdiyi geosiyasi həmlələri ilə uyğun  mühit hazırlayıb – hansı ki, bu gün mənzərə xeyli lehimizədir - ancaq vaxtı da uzatmadan öz suveren ərazilərində cinayətkarları ələ keçirmək hüququnu faktiki gerçəkləşdirməlidir”.


Siyasi şərhçinin fikrincə, Qarabağdakı cinayətkarların həbsi ilə bağlı əməliyyatları DTX, DİN və XTQ həyata keçirməlidir.

“Bu konteksdə bütün qanunsuz hərbi postlar PUA-lar tərəfindən bir gündə darmadağın edilməlidir.

Yenə bu kontekstdə Qarabağdakı əsas cinayətkarları tutub Bakıya gətirib mühakimə etmək lazımdır”.

Qeyd edək ki, Qarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyan bu gün təxribata yönəlik çağırış səsləndirib.

Vardanyan “şadam ki, mənim adım ətrafında belə müzakirə gedir” deyə Azərbaycan tərəfinin onun Qarabağdan çıxıb getmə tələbinə cavab verib.

O, Qarabağ ermənilərini revanşist addım atmağa səsləyib:

“Bütün bunlara son qoymağın vaxtıdır. Artıq yolu açmaq və “Artsax hakimiyyəti” ilə danışıqlar masasına oturmağın zamanıdır”, - o əlavə edib.

Xatırladaq ki, dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvadakı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Ruben Vardanyanın Qarabağı tərk etməli olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi