Modern.az

Xankəndi-Laçın yolundan 26 avtomobil maneəsiz keçib

Xankəndi-Laçın yolundan 26 avtomobil maneəsiz keçib

Qarabağ

24 Dekabr 2022, 17:13

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, gün ərzində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

 

Aksiyaçılar bir daha bildiriblər ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Hazırda aksiya davam edir.

 

Bununla da gün ərzində hər iki istiqamətdə Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus maneəsiz hərəkət edən avtomobillərin sayı 26-ya çatıb.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 13 gündür davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi