Modern.az

Hafiz Hacıyev beynəlxalq imicmeykerlərdən istifadə edəcək

Hafiz Hacıyev beynəlxalq imicmeykerlərdən istifadə edəcək

Təhsil

13 May 2013, 16:03


“Partiyamızın prezident seçkisində iştirakla bağlı verdiyi qərar artıq icraya yönəlib. Mənim namizədliyimizi Siyasi Şura da təsdiqləyib”. Bunu Modern.az saytına açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prezident seçkisində iştirakla bağlı sualları cavablandırarkən deyib.

Müasir Müsavat sədri qeyd edib ki, nizamnamə ilə də siyasi şuranın qərarına uyğun olaraq özünün namizədliyi verilə bilər. Hafiz Hacıyevin sözlərinə görə, Müasir Müsavatın bu qərarı dəyişilməzdir.

“Mənim prezident seçkisində iştirak etməyim dəqiqdir. İdarə Heyətinin bəzi üzvləri ilə söhbətimizdə isə artıq şüarlarımızın nədən ibarət olmasını müzakirə edirik və bunun üzərində işləyirik”.

Hafiz Hacıyev bəzi siyasi partiyaların da ünvanına heç də xoş qarşılanmayan fikir səsləndirib. “Bəzi partiyalar öz toplantılarını qapalı edirlər. Çünki əslində orda onların adamı olmur. Amma biz öz qərarımızı KİV nümayəndələrinin iştirakı ilə açıq elan etmişik”.

H. Hacıyevin sözlərinə görə, bundan sonrakı əsas hədəfləri kimlərlə və hansı yöndə mübarizə aparmalarıdır. Eyni zamanda xarici təcrübədən yararlanacaqlarını da dilə gətirib.

“Məqsədimiz və amalımızı müəyyən edəcəyik. Rəqiblərimizlə hansı formada mübarizə aparmağın konturları artıq qurulmaq üzrədir. Bu yöndə həm də bəzi xarici dövlətlərdə olan təcrübəli şəxslərdən istifadə etmək istəyirik. Artıq bizim özümüzün tanıdığımız bir sıra xarici mütəxəssis var. Həmin şəxslər öz PR kampaniyaları ilə parlament və prezident seçkisində qələbədə mühüm rol oynamış şəxslərdir. Biz onlarla danışıq aparırıq”.

Müasir Müsavat rəsmisi adlarını açıqlamasa da bəzi namizədləri digər dövlətlərə satılmaqda ittiham edib.
“Bu gün digər dövlətlərə satılan qüvvələrin namizədlərinə qalib gəlmək niyyətindəyik. Buna görə də beynəlxalq aləmdə tanınan politoloq və siyasətşünaslardan istifadə etmək istəyirik”.  

Aqşin Kərimov  
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama