Modern.az

Mövsümün ilk hissəsinə yekun vurulur

Mövsümün ilk hissəsinə yekun vurulur

İdman

25 Dekabr 2022, 10:00

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, 2-ci dövrənin sonuncu - XVIII turunun bağlanış oyununda “Zirə” klubu “Kəpəz”i qəbul edəcək.

 

Hazırda “qartallar” 27 xalla 4-cü, “sarı-göylər” isə 11 xalla 9-cu pillədə qərarlaşıb.

 

Komandalar indiyədək ölkə çempionatında 13 dəfə qarşılaşıb. Bunların 6-da Bakı klubu, 3-də Gəncə təmsilçisi qələbə qazanıb. 4 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Rəşad Sadıqovun baş məşqçi olduğu komanda öndədir - 18:12.

 

“Zirə” son 5 matçda uduzmayıb. Bakılar 4 ev oyununda qalib gəlib.

 

Azərbaycan Premyer Liqası

XVIII tur

25 dekabr (bazar)

 

15:00. “Zirə” – “Kəpəz”

 

Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Emin Cəfərov

Zirə İdman Kompleksinin stadionu.

 

Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” evdə “Şamaxı”nı 3:0, “Sabah” səfərdə “Sumqayıt”ı 6:0, “Qarabağ” “Səbail”i 3:0 hesabı ilə məğlub edib, “Qəbələ” isə öz meydanında “Turan Tovuz”la qolsuz sülhə razılaşıb.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi