Modern.az

Fironun üzü bərpa edildi: 3000 il sonra...

Fironun üzü bərpa edildi: 3000 il sonra...

Aktual

25 Dekabr 2022, 16:05

Misirin ən qüdrətli fironlarından biri olan II Ramzesin üzü hökmdarın ölümündən 3200 il sonra bərpa edilib.

 

Modern.az xəbər verir ki, II Ramzesin üzünün bərpası üzərində Misir və Böyük Britaniyadan olan mütəxəssislər çalışıb.

 

Belə ki, onlar Misir hökmdarının kəllə sümüyünün 3D modelindən istifadə edərək, fironun cizgilərini canlandırıblar.

 

Qahirə Universitetinin eksperti Səhər Səlim qeyd edib ki, II Ramzesin siması gözəl olub. Lakin alimlər hökmdarın saçının, gözünün və dərisinin rəngi haqqında məlumat toplaya bilmədikləri üçün müəyyən problemlərlə üzləşiblər.

 

Bundan əlavə, qeyd olunub ki, tədqiqatçılar hazırda Misir hökmdarı haqqında indiyədək gəlib çatmış yazılı mətnləri də tədqiq edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi