Modern.az

Spikerlə keçmiş baş nazir arasında “kukla davası”

Spikerlə keçmiş baş nazir arasında “kukla davası”

25 Dekabr 2022, 16:45

"O deyirsə ki, hakimiyyətdə olmaq Bidzina İvanişvilinin kuklası olmaq deməkdir, bu zaman özü əvvəlcə suala cavab verməlidir ki, baş nazir olanda özünü kukla hesab edirdi?"

 

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sabiq baş nazir Giorgi Qaxarianın açıqlamasına cavab olaraq deyib.

 

Parlament sədri bildirib ki, keçmiş baş nazir belə şərhlərdən çəkinməlidir:

 

"Bir daha deyirəm, belə açıqlamalar, şərhlər keçmiş baş nazirə yaraşmır. Təəssüf ki, biz bunu çoxdan müşahidə edirik və cəmiyyət buna öz reaksiyasını verib".

 

Məlumat üçün bildirək ki, “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxariya Qoridə partiya üzvləri ilə görüşü zamanı deyib: "Bidzina İvanişvilinin kuklalarının əli ilə gördüyü işlərə görə məsuliyyət daşımadığını düşünürsə, yanılır".

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?