Modern.az

Sülhməramlıların daha 2 maşını Laçın yolundan keçdi

Sülhməramlıların daha 2 maşını Laçın yolundan keçdi

Aktual

25 Dekabr 2022, 18:30

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.

 

Modern.az xəbər verir ki, Laçın istiqamətindən Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin aksiya keçirilən məkandan sərbəst hərəkətinə şərait yaradılıb.

 

Bu, onu göstərir ki, etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 14-cü gündür davam edir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu