Modern.az

İsmayıllıda iki maşın toqquşdu - Ölən var

İsmayıllıda iki maşın toqquşdu - Ölən var

Hadisə

25 Dekabr 2022, 19:05

Bu gün saat 15:30 radələrində İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və “Honda” markalı avtomobillər toqquşub.

 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, nəticədə sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj