Modern.az

İlham Əliyev avstriyalı həmkarı ilə görüşüb

İlham Əliyev avstriyalı həmkarı ilə görüşüb

Təhsil

13 May 2013, 18:02

Mayın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin təkbətək görüşü olub.

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidentinin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi bildirilib.
Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama