Modern.az

Çin Tayvan yaxınlığında hərbi təlimlər keçirdi 

Çin Tayvan yaxınlığında hərbi təlimlər keçirdi 

Dünya

26 Dekabr 2022, 00:25

Çin Xalq Azadlıq Ordusu Tayvan adası yaxınlığında hərbi təlimlər keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Ordusunun Şərq Döyüş Komandanlığı məlumat yayıb.

 

Bildirilib ki, dekabrın 25-də Tayvan adasının ətrafındakı dəniz və hava məkanında müxtəlif qoşun növləri və qoşun hissələrinin birgə patrulları və praktiki hərbi təlimləri baş tutub.

 

Açıqlamada qeyd olunub ki, təlim ABŞ-ın Tayvan məsələsi ilə bağlı son hərəkətlərinə “güclü cavabdır”.

 

ABŞ Konqresinin spikeri Nensi Pelosinin avqustun 2-də Çinin öz ərazisi hesab etdiyi Tayvana səfərindən sonra ABŞ və Çin arasında münasibətlər kəskinləşib. Noyabrın 20-də Çin lideri Si Cinpin ABŞ prezidenti Co Baydenlə Balidə görüşdə deyib ki, Tayvan məsələsi Çin-ABŞ münasibətlərində “qırmızı xətt”dir.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər