Modern.az

Paşinyan Rusiyaya getdi 

Paşinyan Rusiyaya getdi 

Dünya

26 Dekabr 2022, 09:22

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, dekabrın 26-27-də baş tutacaq səfər zamanı Paşinyan MDB-yə üzv dövlətlərin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşünün planlaşdırılmadığını bildirmişdi.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər