Çində yoluxma kəskin şəkildə artıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Çin hökuməti koronavirusla bağlı 3 illik məhdudiyyətləri aradan qaldırdıqdan sonra 250 milyon insanda COVID-19 virusu aşkarlanıb.
Yoluxma halları ümumi ölkə əhalisinin 18 faizini təşkil edir.
Rəsmi məlumatlara görə, təkcə dekabrın 21-də 37 milyon insan və ya əhalinin 2,6%-i koronavirusa yoluxub.
Pekin və digər şəhərlərdəki xəstəxanalar epidemiya səbəbindən yaşlı, yataq xəstələri ilə dolub. Təcili yardım və reanimasiya şöbələrində az sayda boş çarpayı qalıb. Buna baxmayaraq, ölkə koronavirus məhdudiyyətlərindən imtinaya davam edir. Pekində krematoriyalar cəsəd axınının öhdəsindən gələ bilmədiyini açıqlayıb.