Modern.az

Tayvan ətrafında gərginlik - Çin hərbi texnika topladı

Tayvan ətrafında gərginlik - Çin hərbi texnika topladı

Dünya

26 Dekabr 2022, 09:42

Tayvan adası ətrafında növbəti gərginlik yaşanıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Çin Xalq Respublikasının (ÇXR) hərbi texnikaları adanın ətrafına cəlb edilib.

 

7 gəmi, 71 hərbi təyyarə və 47 uçuş aparatı Tayvanın yaxınlığına cəmləşdirilib.

 

Qeyd edək ki, 1940-cı illərdə Çindəki vətəndaş müharibəsi zamanı kommunistlərin ölkənin əsas hissəsində iqitidarı ələ keçirməsindən sonra devrilmiş hakimiyyət adada fəaliyyətini davam etdirib. Uzun müddət Çin Respublikası adı ilə ölkəni BMT-də məhz Tayvan təmsil edib. Hazırda ÇXR adanın suverenliyi altında olmasını tələb edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər