Modern.az

“Euronews”un yalanı sona qədər getmədi - FOTO

“Euronews”un yalanı sona qədər getmədi - FOTO

Media

26 Dekabr 2022, 10:52

“Euronews” telekanalı Azərbaycana qarşı qərəzli videosüjet hazırlayıb.

 

Modern.az xəbər verir ki, “Dağlıq Qarabağ: blokadanın iki həftəsi” süjetdə azərbaycanlı ekoaktivistlərin Xankəndi-Laçın yolundakı aksiyanı blokada kimi təqdim edib.

 

Videomaterialda, həmçinin ermənilərin ötən gün Xankəndidə keçirdiyi aksiya barədə geniş məlumat verilib. Qarabağ iqtisadi rayonu “Dağlıq Qarabağ” kimi təqdim olunub. Süjetə hazırlanan mətndə Xankəndi şəhəri, ilk olaraq Stepanakert kimi təqdim olunub, daha sonra mötərizədə Xankəndi kimi qeyd edilib.

 

Jurnalist Əli Əhmədovun diqqət çəkdiyi süjetdə iddia edilir ki, Laçın dəhlizi bloklanıb deyə Dağlıq Qarabağda (bəli, qanunsuz olaraq belə də adlandırırlar) ərzaq və dərman qıtlığı yaranıb:

 

"Baxmayaraq ki, özləri reportajda Ermənistandan 10 ton dərmanın keçirildiyini qeyd edir və bildirirlər ki, Azərbaycan XİN-in bəyanatında da dərmanlara problemi yoxdur. Yeri gəlmişkən, qəsdən bəyanatdakı cümləni axıradək çatdırmırlar – bəyanatda deyilir ki, yalnız silah-sursat gətirilməsinə qadağa var. Bunu əlbəttə ki, demirlər. Əvəzində bir neçə erməninin ənənəvi ağlaşmasını göstərirlər.

 

Azərbaycanın bəyanatını bir cümlə ilə xatırladandan sonra, yenidən qayıdırlar, erməni tərəfini saxlamağa. Paşinyanın bəyanatını xatırladırlar ki, Qarabağda humanitar böhran var, halbuki belə böhran yoxdur və buna artıq cavab verilmişdi".

 

Maraqlıdır ki, “Euronews” telekanalı sonradan bu süjeti həm rəsmi saytından, həm də sosial şəbəkə hesablarından silib. Hazırda həmin süjetin linkinə keçid etdikdə saytda belə bir materialın olmadığı görünür.

 

Xatırladıq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır