Modern.az

Üçüncü sosial islahat paketi davam etdirilir

Üçüncü sosial islahat paketi davam etdirilir

İqtisadiyyat

26 Dekabr 2022, 11:28

Bu il ərzində ünvanlı yardım üçün ehtiyac meyarı 170 manatdan 200 manata çatdırılıb və 280 min nəfəri əhatə edir.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Soosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

 

O qeyd edib ki, minimum pensiya məbləği 200 manatdan 240 manata çatdırıldı və 40 min nəfəri əhatə edir:

 

“Üçüncü sosial islahat paketi davam etdirilir. Aparılan islahatlar çərçivəsində əmək pensiyalarının orta aylıq məbləğində artım görülür. Yaşa görə əmək pensiyasının məbləğidə ciddi şəkildə artıb. Bu keçən illə müqayisədə 11% artım deməkdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi