Modern.az

Qazaxıstan anti-Rusiya sanksiyaları ilə bağlı mövqeyini açıqladı

Qazaxıstan anti-Rusiya sanksiyaları ilə bağlı mövqeyini açıqladı

Dünya

26 Dekabr 2022, 11:34

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Yaponiyanın NHK telekanalına bildirib ki, ölkəsi Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edib.

Modern.az xəbər verir ki, nazir Yaponiyaya  səfəri zamanı deyib ki, iqtisadi baxımdan Rusiya ilə Qazaxıstan sıx əlaqələrə malikdir və Rusiyaya qarşı sanksiyalar Qazaxıstan iqtisadiyyatına mənfi təsir göstərib.

“Qazaxıstan Rusiyaya qarşı sanksiyalarda iştirak etmir. Biz Qazaxıstan və Rusiya arasında mövcud münasibətləri davam etdirəcəyik”, - deyə Tleuberdi bildirib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Ukrayna böhranından narahat olduğunu bildirib və əlavə edib ki, Qazaxıstan prezidenti Rusiya və Ukrayna liderləri ilə daim təmasdadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər