Kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq.
Modern.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunun üçün vətəndaş müraciət etməlidir:
"Müraciət zamanı kirayədə qaldığını təsdiq etməlidir. Bu zaman kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq”.