Koreya Respublikasında (Cənubi Koreya) təyyarə qəzası olub.
Modern.az xəbər verir ki, bu barədə ölkənin "Yonhap" agentliyi məlumat yayıb.
Xenson yaşayış məntəqəsi ərazisində qəzaya uğrayan təyyarənin hərbi təyinatlı olduğu bildirilib.
Qəza zamanı göyərtədə olan 2 ekipaj üzvünün uğurlu katapult nəticəsində sağ qaldığı qeyd olunub.
Hazırda qəzanın səbəbləri araşdırılır.