Son illər araşdırmalar nəticəsində 32 mindən çox şəxsə artıq ödəmə müəyyən olunub.
Modern.az xəbər verir ki,bunu Dövlət Sosial Müafiə Fondundanun(DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Sədr qeyd edib ki, növbəti dövrlərdə də araşdırmalar nəticəsində rəqəmlərin artması istisna edilmir:
"2022-ci il ərzində 190 minə yaxın şəxsin əlilliyə görə pensiyası dayandırılıb. Səbəb isə əlillik müddətinin bitməsi olub. Yenidən müraciət edənlərin pensiyası tam şəkildə bərpa edilib".