Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edib.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, Paşinyanı Pulkovo hava limanında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko qarşılayıb.
Sankt-Peterburqda Paşinyan MDB ölkələri başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.
Modern.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanı və kiçik qızını da özü ilə birgə Sankt-Peterburqa aparıb. Xatırladaq ki, Nikol Paşinyanın üç qızı, bir oğlu var.