Türkiyə kəşfiyyat işləri nəticəsində Qara dənizdə daha bir qaz yatağı aşkar edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Dövlət başçısı bildirib ki, yeni aşkarlanan yatağın həcmi 58 milyard kubmetrdir. Bununla da Türkiyənin Qara dənizdə aşkarlanan qaz ehtiyatı 710 milyard kubmetrə çatıb.
Məlumata görə, “Fateh” kəşfiyyat-qazma gəmisi tərəfindən aşkar olunan yeni yataq “Çaycuma-1” adlandırılıb. Qaz ehtiyatları dənizin 3023 metr dərinliyində yerləşir.