Cənab Prezidentin doğum günündə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü yeni mücadiləmizin anonsudur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Komitə sədri bütün vətəndaşları Qərbi Azərbaycana qayıdış uğrunda mübarizə aparmağa çağırıb:
“Burada hər birimiz əlimizi daşın altına qoymalı, qanunvericilik sahəsində işlərimizi görməliyik. Hər bir azərbaycanlının üzərinə böyük vəzifə düşür. Necəki biz hamımız Qarabağlı idik, indi isə hamımız Qərbi azərbaycanlıyıq”.
Xatırldaq ki, ötən həftə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüş zamanı çıxış edən dövlət başçısı Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurdlarına qayıdışı ilə bağlı mühüm mesajlar verib, tarixi həqiqətləri bir daha diqqətə çatdıraraq İcma qarşısında önəmli tapşırıqlar qoyub.