Modern.az

“Kefə görə tətbiq edilən qadağalar ləğv olunacaq” - Naxçıvanın yeni rəhbəri

“Kefə görə tətbiq edilən qadağalar ləğv olunacaq” - Naxçıvanın yeni rəhbəri

Ölkə

27 Dekabr 2022, 11:23

"Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq".

 

Modern.az xəbər verir ki, bu sözləri Naxçıvana yeni təyin edilmiş Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:

 

“Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.

 

Səlahiyyətli nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək: “Məclis qanunverici orqan, xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”.

 

Daha ətraflı aşağıdakı video:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama