Modern.az

Naxçıvanda DSX generalı işdən çıxarıldı - Yeni təyinat

Naxçıvanda DSX generalı işdən çıxarıldı - Yeni təyinat

Ölkə

27 Dekabr 2022, 12:42

Dövlət Sərhəd Xidmətində (DSX) daha iki yüksək vəzifə üzrə kadr dəyişikliyi olub.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, kadr islahatları çərçivəsində DSX-nin rəis müavini, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub. O, qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub.

 

Digər əmrlə N.Tağıyevin yerinə polkovnik Bəhmən Babayev təyin olunub. B.Babayev bu təyinata qədər DSX-nin "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama