Modern.az

Ceyhun Bayramovdan Ermənistana XƏBƏRDARLIQ

Ceyhun Bayramovdan Ermənistana XƏBƏRDARLIQ

Ölkə

27 Dekabr 2022, 16:16

Moskvada danışıqların üçüncü raundu keçirilməli idi. Amma Ermənistan tərəfi yenidən başqa yollara atdı.

 

Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.

 

"Belə ki, Ermənistan bir gün əvvəl sülh müqaviləsi ilə bağlı öz təkliflərini açıqladı. Bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, bu təkliflə sülh müqaviləsini imzalamaq olar. O zaman biz də ondan əvvəl bildirə bilərdik ki, əvvəlki prinsiplərlə müqavilə bağlansın. Düşünmürəm ki, qarşı tərəf sadəlövhdür, sadəcə ictimaiyyətə mesaj vermək xatirinə açıqlama verirlər. Onları yenidən proseslərə əməl etməyə çağırırıq", - C.Bayramov qeyd edib.

 

“Ermənistanın öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirməsi ilk növbədə onun özünə faydalı olar. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsinə səy göstərməyə davam edəcəyik”, - nazir vurğulayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama