Modern.az

Delimitasiya prosesində 8 kənd Azərbaycana QAYTARILMALIDIR

Delimitasiya prosesində 8 kənd Azərbaycana QAYTARILMALIDIR

Ölkə

27 Dekabr 2022, 17:32

“Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.

 

Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.

 

Nazir qeyd edib ki, 30 ildir ölkələr arasında sərhədlər müəyyənləşməyib:

 

"Çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib. Bütün hüquqi sənədlər mütəxəssislər tərəfindən araşdırılaraq delimitasiya prosesi davam etdirilməlidir. Ermənistan delimitasiya olunmamış sərhədlərdə təxribatlardan çəkinməlidir".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama