Modern.az

“ASAN xidmət” əməkdaşları TƏLTİF EDİLDİ

“ASAN xidmət” əməkdaşları TƏLTİF EDİLDİ

Aktual

27 Dekabr 2022, 22:35

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, dövlət xidmətlərinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

 

Mehdiyev Ülvi Ramiz oğlu

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

Azadəliyev Elvin Sərvər oğlu

Bayramov Səbuhi Mikayıl oğlu

Əkbərov Adil Sədrəddin oğlu

Hüseynov Elvin Akif oğlu

Məmmədov Elşən Ramiz oğlu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır